Qusar rayonunda yanğın qeydə alınıb.
ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Aşağı Qələnxur kəndində qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları, altında yığılan 3 ton ot bağlaması və 3 paq.m elektrik kabeli yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.