Qusarda "Tək inci" adı altında tədbir keçirilib. Bu barədə ShimalNews 3 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Bədirqala kənd Sənətkarlıq klubunda baş tutan tədbir Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar təşkil edilib.
"Tək inci" adlı tədbirin iştirakçıları görkəmli Azərbaycan şairinin həyat və yaradıcılığı ilə tanış olublar.