Qusar rayonunun Yeni Həyat kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 220 kv.m olan beton dirək istehsalı sexi alışıb.
Nəticədə obyektin şüşə-pambıq üzlüyü 100 kv.m sahədə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.