top
Qusarda qadın qonşusunu döydü
22 avqust 2025, 10:03
- ↺ +

Qusarda qadın qonşusunu döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun kənd sakini, 1999-cu il təvəllüdlü Afət şəxsi münasibətlər zəminində qonşusu Nərminə (adlar şərtidir - red.) ilə mübahisə edib. Mübahisə zamanı Afət onu saçından tutaraq dartıb, başına əl ilə zərbələr endirib və başını yerə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ilə bağlı Afət barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs istintaqa verdiyi izahatda özünü təqsirli bildiyini qeyd edib. O, ifadəsində bildirib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb:

“Nərminənin mənim barəmdə nalayiq ifadələr işlətdiyini, əxlaqsızlıqda ittiham etdiyini eşitmişəm. Bu barədə həyat yoldaşım Sadiqə deyib. Hadisə günü, saat 17:45-də əsəbləşərək onun evinə getdim. Ondan bu sözləri niyə dediyini soruşdum və əsəbi olduğum üçün saçından dartıb, başına zərbə vurdum, sonra başını tutaraq yerə vurdum, ona xəsarət yetirdim”.

Cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Afət 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs cəza müddətində yaşadığı evi axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməməlidir. Ona həmçinin elektron nəzarət vasitəsi gəzdirmək və onun işlək vəziyyətdə saxlanmasına xidmət etmək öhdəliyi qoyulub.

Bundan başqa, cəza müddətində Afətin Qusar rayonunun ərazisini tərk etməsi, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməsi, həmçinin iş yerini dəyişdikdə bu barədə nəzarət orqanını əvvəlcədən məlumatlandırması qadağan olunub.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər