Qusar rayon Hil kənd qəbirstanlığında ərazi yandırılıb.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bu addım kənd icra nümayəndəliyi və bələdiyyəni rəhbər şəxslərinin göstərişi ilə həyata keçirilib. Nəticədə qədimi məzarlıqlara və başdaşılara zərər dəyib:
“Yandırılan ərazidə camaatın yaxınları dəfn olunub. Qəbirlər yararsız vəziyyətə düşüb, üzərlərinə qoyulan güllər yanıb, başdaşıları isə tüstüdən qaralıb”.
Hazırda vətəndaşlar İcra Hakimiyyətinin və Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məsələni nəzarət altına götürüb, araşdırıb və hüquqi qiymət vermələrini xahiş edirlər.
