Qusar “Viqas MED” Psixoloji və Nitq İnkişaf Mərkəzində ödənişsiz qəbul təşkil olunacaq.
ShimalNews xəbər verir ki, qəbul sentyabrın 21-də saat 10:00-da baş tutacaq. Qeydiyyat üçün (070) 227 19 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Öncədən qeydiyyat vacibdir.
Qəbul zamanı ailə problemləri, psixi ləngimə, depressiya, nevroz, uşaq nevrozu, uşaqlarda aqressiya, enurez, autizm, Daun sindromu, diqqət əskikliyi, abituriyentlərə psixoloji xidmət, nitq qüsurları və digər məsələlər müzakirə edilə bilər.