Qusarda polisə silahlı müqavimət göstərən zaman zərərsizləşdiirlən 30 yaşlı kişinin üzərində silah gəzdirdiyi məlum olub.
Lent.az-ın məlumatına görə, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov insanlara qorxu hissi yaşadırdı. Üstəlik alnına İŞİD-in rəmzi olan sarğı taxırdı.
Sakinlərin şikayəti əsasında polis əməliyyat keçirib. A.Şıxmətov silahlı müqavimət göstərdiyi zaman məhv edilib.