Qusarın Muncuqoba kəndində cinayət hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə ötən gün axşam saat 20:45 radələrində qeydə alınıb.
Əslən bu kənddən olan, hazırda Bakıda yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb.
55 yaşlı R.Mustafayev Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin yardım göstərilib. Yaralının vəziyyəti orta ağırdır.
Keçmiş kürəkənin qayınatasını aralarında yaranan şəxsi mübahisə zəminində bıçaqladığı deyilir.
Faktla bağlı araşdırılma aparılır.