top
Qusarda iki qadının saçyoldusu-MƏHKƏMƏ QƏRARI
18 aprel 2025, 14:38
- +

Qusarda iki qadının saçyoldusu-MƏHKƏMƏ QƏRARI

Qusarda qadınlar arasında saçyoldu olub.

Shimal.News-un məlumatına görə, məhkəmənin istintaqı Qusar Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən 1999-cu il təvəllüdlü Günel Verdiyeva (ad şərtidir) zərərçəkmiş Sevinc Osmanovanın (ad şərtidir) həyətinə daxil olaraq üstünə hücum edib. Onun saçını yolub, yerə yıxdıqdan sonra başını dəfələrlə yerə vurub.

Günel Verdiyeva Azərbaycan Respublikasının CM-nin 128-ci (sağlamlığa zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə ifadə verən Günel Verdiyeva qeyd edib ki, Sevinci əvvəllər tanımayıb:

“Onu əvvəllər tanımırdım. Sevinc məni söydüyünü, mənim barədə əxlaqsız hərəkətlər etdiyimi deyib. Bunu da mənə həyat yoldaşım Elşad dedi. O, bu barədə kənddə eşidib. Qadının dediyi sözlərə görə, evinə gedərək səbəbini soruşdum. Əlbəyaxa davaya çıxdıq”.

Zərərçəkmiş Sevinc Osmanova ifadəsində bildirib ki, qapını açan kimi Günel onu vurmağa başlayıb:

“Yaşadığımız kəndə 1 ildir ki, gəldiyim üçün onu tanımıram. Hadisə günü qapı döyüldü, açan zaman Günel üstümə hücum çəkdi. Macal tapıb soruşa bilmədim. Məni dəhşətli döyməyə başladı”.

Sonda məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs, 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Fidan İlqar

 

Son xəbərlər

Hadisə
Bu gün, 10:00

Zaqatalada 60 yaşlı kişinin meyiti tapıldı

Hadisə
Dünən, 17:57

Qəbələdə qanunsuz tikinti söküldü

Cəmiyyət
Dünən, 17:00

Baytar həkim tapa bilirsiniz?

Hadisə
Dünən, 16:20

Qubalı gənc 40 gündən çoxdur itkindir

Cəmiyyət
Dünən, 15:20

Velosiped zolağı Xudata rahatlıq gətirdi, yoxsa problem?

Cəmiyyət
Dünən, 14:20

Quba və Xaçmazın bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət
Dünən, 14:20

Qaxlı şəhid gizirimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Zaqatalanın kəndləri 10 gündən çoxdur susuz qalıb

Cəmiyyət
Dünən, 12:40

Xaçmazda yol və elektrik problemi sakinləri bezdirib

Hadisə
Dünən, 11:43

İsmayıllıda iki maşın toqquşdu: Ölən var

Cəmiyyət
Dünən, 10:58

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət
Dünən, 10:00

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 09:10

İsmayıllının bu kəndi qazsız, susuz, internetsiz yaşayır

Cəmiyyət
20 iyul 2026, 18:10

Qubada fotoqrafın 10 min manatlıq avadanlığı itdi: Kömək gözləyir

Cəmiyyət
20 iyul 2026, 17:40

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

İqtisadiyyat
20 iyul 2026, 16:50

Xaçmazda heyvan bazarı fəaliyyətə başladı

Hadisə
20 iyul 2026, 15:50

Xaçmazda sahibsiz itin imdadına xilasedicilər yetişdi

Cəmiyyət
20 iyul 2026, 14:54

Aylar keçdi, problem qalır: Xaçmazda zibil poliqonu kəndliləri boğur

Cəmiyyət
20 iyul 2026, 13:56

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

Hadisə
20 iyul 2026, 13:00

Qubada FACİƏ: 44 yaşlı kişi kanalda boğuldu

Hadisə
20 iyul 2026, 12:10

Qubada polis əməliyyatı: Saxlanılan var

Hadisə
20 iyul 2026, 11:10

İsmayıllıdakı ağır qəzada ölən 23 yaşlı Nihadın fotosu

Cəmiyyət
20 iyul 2026, 10:14

Rayonlara leysan yağır

Hadisə
20 iyul 2026, 09:48

İsmayıllıda qəza olub, xəsarət alan var

Oxşar xəbərlər