Qusar-Şahdağ yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, "Nissan" markalı avtomobil ötmə edərkən "Mersedes" markalı sərnişin mikroavtobusu ilə toqquşub.
Nəticədə “Nissan” idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Avtomobildə olan 11 yaşlı paytaxt sakini Ziya Əziz oğlu Əliyev həlak olub.
Qəzaya ilkin səbəb kimi dumanlı hava şəraitinin olması və sürrət həddinin düzgün seçilməməsi bildirilib.
Faktla bağlı araşdırma aparılır.