top
Qusarda arvad üstünə qaynar su tökən ərini bağışladı
23 sentyabr 2025, 10:51
- ↺ +

Qusarda arvad üstünə qaynar su tökən ərini bağışladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda 37 yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, kənd sakini, 1988-ci il təvəllüdlü Aqşin yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Afaqla mübahisə edib.

Bu zaman təqsirləndirilən şəxs odun sobasının üzərindəki içərisində qaynar su olan çaydanı arvadının üzərinə atıb.

Hadisəni törədən ər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü saat 10-11 radələrində yaşadığı evdə olan zaman arvadı Afaq pulu arağa xərclədiyi üçün onu danlayıb və mübahisə etməyə başlayıb:

“Mübahisə zamanı arvadım məni söydü. Əsəbiləşərək özümü də, arvadımı da söydüm. Həmin vaxt otaqdakı odun sobasının üzərindən qaynar su ilə dolu çaydanı götürdüm və arvadım tərəfə atdım. Çaydan yerə dəydi, içərisində olan qaynar su arvadımın ayağının üzərinə dağıldı”.

İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əri Aqşin son vaxtlar mütəmadi olaraq spirtli içki qəbul edib və spirtli içki aludəçisinə çevrilib, onunla tez-tez münaqişə yaradıb:

“Hadisə günü, saat 11 radələrində evimizin yataq otağında yer silən zaman ərimin araq içdiyini gördüm və ona irad bildirdim. O məni söydü, üzərimə qaynar çaydanı atacağı ilə hədələdi. Bu sözünə inanmayaraq yeri silməyə davam etdim. Anidən ərim qaynar su ilə dolu çaydanı üzərimə atdı. Çaydan sol ayağıma dəyərək içərisindəki qaynar su həmin ayağımın üzərinə dağıldı. Nəticədə ayağım yandı”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin qadın ərini bağışlayıb, bununla bağlı məhkəməyə sənəd də təqdim ediblər.

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarılmayıb. Cinayət Məcəllənin 73.2-ci maddəsinin tələblərinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər