Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Shimal.News Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.