Avqustun 10-da səhər saat 5 radələrində Qusar rayonunda qətl hadisəsi baş verib. Vəkil Saday oğlu Əlibəyov qaynı 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu balta ilə qətlə yetirib. O, həmçinin 49 yaşlı Şəlalə Ömərovaya da xəsarət yetirib.
Bizim.Media-nın məlumatına görə, rayonun polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 67 yaşlı V.Əlibəyov saxlanılıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.