Qusar rayonunda 45 yaşlı qadın intihara cəhd edib.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Gican kəndində baş verib.
Ötən gün saat 23 radələrində Gican kənd sakini 1980-ci il təvəllüdlü Pașayeva Səidə Nazir qızı çox sayda dərman içərək özünə qəsd etmək istəyib.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu deyilir.