Qusar Rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bu barədə ShimalNews 8 iyun tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Ruslan Kübərov müxtəlif bədən xəsarətləri ilə Qusar şəhərindəki özəl xəstəxanaya yerləşdirilib.
DİN Mətbuat Xidməti faktla bağlı araşdırmaların getdiyini deyib.