top
Qusar sakinləri bahalıqdan şikayət edir: “Bazara gələn yoxdur” – FOTO
23 dekabr 2024, 10:38
- ↺ +

Qusar sakinləri bahalıqdan şikayət edir: “Bazara gələn yoxdur” – FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni ilə sayılı günlər qalsa da, Qusar bazarında durğunluq müşahidə olunur. Piştaxtalar məhsulla dolu olsa da, alan da, satan da məhsulların baha olduğundan gileylənir.

Shimal.News xəbər verir ki, mövcud vəziyyət satıcılarla yanaşı alıcıların da narazılığına səbəb olub. Çünki artıq bəzi kənd təsərrüfatı məhsullarının qiymətində artım hiss edilir.

Satıcıların sözlərinə görə, son illərdə rayonda iri marketlər istifadəyə verildikdən sonra alış-veriş üçün bazara üz tutanların sayı xeyli azalıb.

Satıcı Xanım Ağayeva bildirir ki, hazırda alıcılara 1 kq naringi 1 manat 50 qəpiyə, pomidoru 3 manata, narı 2 manata, kənd yumurtasını isə 45 qəpiyə təklif edir. O, alıcıların olmamasını hələ ki, şimal bölgəsində təqaüd və müavinətlərin ödənilməməsi ilə əlaqələndirir.

Bayram süfrəsinə qoyulan şirniyyatların hazırlanmasında əsasən qoz, fındıq istifadə edilir. Hazırda Qusar bazarında 1 kq qoz ləpəsinin qiyməti alıcılara 15-20 manata satılır. Fındıq ləpəsinin qiyməti də eynilik təşkil edir. Satıcı Roza Həmzətova son günlərdə bu məhsulların 3-4 manat bahalaşdığını bildirir.

Bazarda qiyməti əl yandıran məhsullardan biri də xiyardır. 1 kq xiyarın qiyməti 4-5 manat arasında dəyişir. Pomidor 2 manat 50 qəpiyə, acı bibər 5 manata satılır. Kartof-soğanın isə 1 kq-ı 80 qəpiyə almaq mümkündür.

Bayramla əlaqədar tələbat artan məhsullardan biri də hind quşlarıdır. Qusar bazarında hind quşlarının 1kq-ı 15-17 manata təklif olunur. Diri hind quşu  almaq üçün isə nə az nə çox, 50 manat xərcləmək lazımdır. Mal ətinin kiloqramı 15 manata, quzu əti isə 19 manata təklif edilir. Satıcılar bildirir ki, rayona gələn turistlər bazara baş çəkəndə onların da alveri yaxşı olur.

Dekabrın son günlərində bazarda canlanma olacağı gözlənilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər