Qusar rayonunun Quxuroba kənd sakini öz evində dəm qazından zəhərlənib.
Bizim.Media-nın məlumatına görə, kənd sakini, 55 yaşlı Bədəl Kübər oğlu Əlimətov rayon xəstəxanasına çatdırılıb.
Həkimlər B.Əlimətovun həyatını xilas edə biliblər. İlkin tibbi müdaxilədən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.