top
Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələndi
08 avqust 2025, 18:13
- ↺ +

Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs külli miqdarda cərimələnib.


Qaynarinfo.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən xəstəxanada aparılan yoxlama zamanı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.


Yoxlama zamanı xəstəxananın rentgen aparatının xəstəyə verdiyi şüa dozasının yol verilən həddi aşdığı və cihazın istismara yararsız olduğu müəyyən edilib. Bundan başqa, xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərən otaqlar aşkarlanıb. Ümumilikdə 9 nöqsan qeydə alınıb.


Artıq ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət göstərən otaqların istifadəsi məhdudlaşdırılıb. Xəstəxananın nümayəndəsi məhkəmədə bildirib ki, protokol tərtib edildikdən sonra 9 pozuntudan 8-i aradan qaldırılıb. Hazırda yalnız bir pozuntu - ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət üçün xüsusi icazənin olmaması qalır. Bu məsələ ilə bağlı FHN və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciət edildiyi də vurğulanıb.


Məhkəmənin qərarı ilə Qusar Rayon Mərkəzi Xəstəxanası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi üzrə təqsirli bilinərək 12 min manat məbləğində cərimə olunub.


Qeyd edək ki, protokol xəstəxananın sabiq baş direktoru Kamil Hacıyevin dövründə tərtib edilsə də, məhkəmə qərarı bir neçə gün əvvəl vəzifəyə təyin olunan yeni direktor İmran Qurbanovun vaxtında çıxarılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər