Qusarın icra başçısı Şair Alxasov Bədişqala kəndinin sakinləri ilə görüşüb. Bu haqda ShimalNews 18 noyabr tarixində xəbər verir.
Vətəndaşlar görüş zamanı onları narahat edən məsələləri səsləndiriblər. Bu, əsasən, mineral gübrələrin səyyar satışının təşkil edilməsi, yeni yaşayış məhəllələrinin qazlaşdırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahişi olub.
Qaldırılan məsələlər dinlənilib, onlarla bağlı müvafiq izahat verilib, bəzilərinin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.