Qusar rayonu Xuray kəndində deputatlığa namizəd olan Ayaz Hüseynov seçicilərlə görüşüb. Bu haqda ShimalNews 17 avqust tarixində məlumat verir.
60 Saylı Quba-Qusar Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Hüseynov kəndin ağsaqqalları ilə səmimi söhbət edib, özü haqqında məlumat verib və kəndin mövcud problemləri ilə yaxından tanış olub.
Əsas müraciətlər arasında dağ kəndlərində qazın limitinin güzəştli olmasına yenidən baxılması, yol kənarındakı işıq dirəklərinin yenilənməsi və kənd yollarının təmiri yer alıb.
Ayaz Hüseynov həm də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədridir.