top
Quruyanda da görəsən hesabat yazıblar? – Qubada “Yaşıl dünya”nın qara nəticəsi
14 mart 2025, 17:15
- ↺ +

Quruyanda da görəsən hesabat yazıblar? – Qubada “Yaşıl dünya”nın qara nəticəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz magistral yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ötən il əkilmiş minlərlə həmişəyaşıl ağacın qısa müddətdə quruması və ərazidən yığışdırılması sakinlərin narazılığına səbəb olub.

Shimal.News xəbər verir ki, ötən ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 oktyabr 2024-cü il tarixində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında yüzlərlə insan iştirak edib.

Lakin redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, əkilən həmişəyaşıl ağaclar cəmi bir neçə ay sonra quruyublar və hazırda ərazidən çıxarılır.

Sakinlər ağacların əkilməsi üçün torpaq işlərinin aparılması, tinqlərin alınması və digər xərclərin dövlət büdcəsinə ağır yük olduğunu vurğulayaraq, bu cür layihələrin daha düşünülmüş və planlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edirlər.

Quru iqlim şəraitində həmişəyaşıl ağacların xüsusi qulluq tələb etməsi, suvarma işlərinin lazımi səviyyədə aparılmaması və ya ağac növlərinin ərazinin torpaq-iqlim xüsusiyyətlərinə uyğun seçilməməsi kimi səbəblərin bu nəticəyə gətirib çıxara biləcəyi ehtimal olunur.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər