Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında Quba-Xaçmaz yolunun kənarında yerləşən ağaclar budanır, yaxud tam qurumuşları kökündən kəsilərək ərazidən götürülür.
Shimal.News-un məlumatına görə, quru ağaclar kustar üsullarla, təhlükəli formada aşırdılır.
Təqdim etdiyimiz videoda fəhlələr son anda ölümdən dönür.
Xatırladaq ki, ötən gün Quba rayonunun Timiryazev kəndi ərazisində güclü yağış və külək nəticəsində quruyan ağac hərəkətdə olan yük avtomobilinin üzərinə aşdığı barədə məlumat vermişdik. Nəticədə həm nəqliyyat vasitəsinə, həm də elektrik təsərrüfatına ziyan dəyib.