Quba rayonunun dağlıq ərazilərinə qar yağıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, gün ərzində müşahidə olunan qeyri-sabit hava şəraiti gecə də davam edib.
Saat 23:00 radələrindən etibarən Afurca, Yerfi, Buduq, Rük, Qarxun, Xınalıq və digər kəndlər ağ örpəyə bürünüb.

