Qubanın dağlıq ərazilərinə gecədən qar yağır.
Bu barədə Shimal.News-a Rük kəndinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, aprel ayı üçün belə güclü qar yağışı gözləməyiblər.
“Elə bil qış yenidən qayıdıb. Aprel ayında bu gün səhərdən qar elə yağır ki, göz gözü görmür”, - deyə sakinlər bildirib.