Quba rayonunun meşə fondu torpaqlarında ağac tingi əkilib və toxum səpilib. Bu barədə ShimalNews 27 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
"Bu ilin ötən dövrü ərzində Quba, Qəbələ, Şəki, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı və Lənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində 100.000-dən çox ağac tingi əkilib, 5 tondan çox toxum səpilib", - Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.