Quba şəhəri, Fətəlixan 79 ünvanında yaşayan sakinlər yeni quraşdırılan transformatordan narazıdırlar.
Məsələ ilə bağlı Shimal News-a danışan sakinlərin sözlərinə görə, transformatorın yerləşdiyi ərazi təhlükəsizlik baxımından tələblərə cavab vermir.
"Transformator yaşayış binalarının həyətində, fərdi evlərə yaxın məsafədə yerləşdirilib və heç bir qoruyucu hasar mövcud deyil.
Uşaqlar hər gün həmin yerdə oynayır, bu isə bizi ciddi narahat edir. İstənilən an faciə baş verə bilər. Aidiyyəti qurumlardan məsələyə dərhal müdaxilə etmələrini istəyirik" - deyə sakinlər qeyd ediblər.