Quba rayon Gənclər Mərkəzinin binasında təhlükəli vəziyyət yaranıb.
Bu barədə Shimal.News-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, binanın fasadı baxımsızlıq nəticəsində yararsız hala düşüb. Aqlay daşların bir neçəsi qopub. Bəziləri isə yerə düşmək üzrədir. Bu səbəbdən də binanın yaxınlığından keçmək təhlükəlidir. Hər an hündürlükdən qopma ehtimalı olan ağır daşlar insanların üzərinə düşərək faciəyə səbəb ola bilər.
Sakinlər bildiriblər ki, bina Quba Rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşməsinə baxmayaraq aylardır mövcud vəziyyətlə maraqlanan yoxdur.
