Yağış, xüsusən də leysan bir çox hallarda fəsadlara yol açır. Ötən gün gecə saatlarında Qubada müşahidə edilən yağışlı hava da fəsadlara səbəb olub.
Shimal.News xəbər verir ki, rayonun Çiçi kəndində bəzi evlərə və həyətlərə yağış suları dolub, təsərrüfatlara ziyan dəyib.
Qeyd edək ki, bu hal birinci dəfə deyil. Hər dəfə leysan yağışlardan sonra Qubanın bəzi kəndləri su altında qalır.