Quba rayonunun İqrığ kəndi ərazisindən keçən Ağçay hazırda zibilliyə çevrilib.
Shimal.News xəbər verir ki, yerli sakinlərin məsuliyyətsizliyi və Müvafiq qurumların nəzarətsizliyi nəticəsində müxtəlif məişət tullantıları birbaşa çayın məcrasına atılır.
Plastik butulkalar, sellofan torbalar və digər tullantılar çayın səthində açıq-aşkar görünür.
Plastik butulkalar, sellofan torbalar və digər tullantılar çayın səthində açıq şəkildə görünür. Mütəxəssislər bildirirlər ki, bu hal təkcə ətraf mühitə deyil, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Çünki tullantılar çaya qarışaraq suyun tərkibini dəyişdirir və oradakı canlı ekosistemin məhvinə səbəb olur.
Daha narahatedici məqam isə ondan ibarətdir ki, Ağçay Xəzər dənizinə töküldüyündən, bu çirkab sular nəticədə birbaşa dənizə axıdılır. Bu da sahilyanı bölgələrin ekoloji vəziyyətinə mənfi təsir göstərir.