Quba Rayon Mərkəzi Xəstəxanasında 65 yaşdan yuxarı şəxslər üçün tibbi müayinələr həyata keçirilir.
Shimal.News-un məlumatına görə, müayinələrə paytaxtdan dəvət olunan terapevt, uroloq, endokrinoloq, kardioloq, oftalmoloq, qastroenteroloq, nevroloq kimi ixtisaslı həkimlər cəlb olunub.
Əlavə olaraq, ultrasəs müayinəsi və müxtəlif laborator analizlər də aparılır. Aksiyanın məqsədi yaşlı vətəndaşların sağlamlıq vəziyyətinin yoxlanılması və profilaktik tədbirlərin görülməsidir.
Qeyd edək ki, tibbi müayinələr bu gündən başlayıb. Müayinələr sabah da saat 09:00-dan 17:00-dək davam edəcək.