top
Qubalı Vətən Müharibəsi Qəhrəmanının ad günüdür
16 oktyabr 2025, 12:40
- ↺ +

Qubalı Vətən Müharibəsi Qəhrəmanının ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanovun ad günüdür.

Shimal.News xəbər verir ki, Nizami Bəydəmir oğlu Mövlanov 16 oktyabr 1976-cı ildə Quba rayonunun Utuq kəndində anadan olub.

Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub.

1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb.

Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başlayıb.

O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb.

1998-2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N.Mövlanov 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləyib.

2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda "N" saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

I, II, III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

Nizami Mövlanov 2021-ci ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini vəzifəsində xidmət edib.

Mövlanov, 2024-cü ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra etməyə başlayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər