Qubalı idmançılar paytaxt Bakıda təşkil edilən Açıq birincilikdə iştirak edirlər. Bu barədə ShimalNews 1 oktyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Alpman Taekvondo klubunun birinciliyi Buzovna İdman zalında təşkil edilir. Yarışa 20-yə yaxın komanda qatılıb. Yığmamızla birgə Asiman, Alpman, Abşeron-Zirvə, Atlet, Cəsur, Şirvan, Qazax, Fateh, Bakılı, Cəlilabad, Sulutəpə, Zabrat və digər komandalar gücünü sınayacaq.
Açıq birincilik 2 oktyabr tarixinədək davam edəcək.