top
Qubalı Şahin hanı? - EKSKLÜZİV
03 iyun 2025, 15:11
- ↺ +

Qubalı Şahin hanı? - EKSKLÜZİV

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun İsnovqışlaq kənd sakini, 1-ci qrup əlil Nəzərov Şahin Məmmədmehdi oğlunun itkin düşməsindən artıq iki həftə keçir. Mayın 20-də Şahinin özünü Samur-Abşeron kanalına  atdığı ehtimal olunur. Hadisə Çağacuq kəndi yaxınlığında, kanalın Quba–Bakı avtomobil yolu ilə kəsişən hissəsində baş verib.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə yerində Şahinə məxsus paltar, telefon və ayaqqabılar tapılıb. Ailəsi onun həmin ərazidən kanala girdiyindən şübhələnir.

Şahin Nəzərov anadangəlmə 1-ci qrup əlil olsa da, psixoloji problemi olmayıb.

Meyitin axtarışları indiyə qədər nəticə verməyib. Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda meyitin tapılması və suyun kəsilməsi üçün ailədən rüşvət istənildiyi iddia olunur. Məsələ ilə bağlı Shimal.News mərhumun qardaşı Nəcməddin Nəzərovla əlaqə saxlayıb.

O, rüşvət iddialarını təkzib edərək əsas problemin suyun kəsilməməsində olduğunu bildirib:

“Elə bir məsələ yoxdur, rüşvət istənilməyib. Amma kanalın suyu mütləq kəsilməlidir ki, əgər kanalda batıbsa, axtarış mümkün olsun. Bizə deyirlər ki, ərizə yazılıb, baxılır. Amma nə vaxt tədbir görüləcək, baxılacaq bilinmir”.

Ailə və kənd sakinləri hesab edirlər ki, suyun dayandırılması istintaq və axtarış işlərinin effektiv aparılması üçün vacibdir. Lakin bu tələbin yerinə yetirilməməsi onların narahatlığını daha da artırır.

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər