Quba rayon Mədəniyyət Mərkəzinin Susayqışlaq kənd klubunun əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər. Bu barədə ShimalNews 24 sentyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir 27 Sentyabr - Anım Günü ilə əlaqədar təşkil olunub. Klubun əməkdaşları və Susayqışlaq kənd məktəbinin şagirdləri Şəhidlər Xiyabanında olublar.
Əvvəlcə ziyarətçilər xiyabanda ucaldılan Ana abidəsinin önünə tər güllər düzüblər. Daha sonra şagirdlərə Milli Qəhrəmanlarımız, Vətən müharibəsi zamanı şəhid olanların şücaətləri haqda məlumat verilib.