Qubada şəhid Yaşar Bağıyevin ailə üzvləri Tüləkəran bələdiyyəsinə müraciət ediblər. Bu barədə ShimalNews 26 iyul tarixində məlumat verir.
Şəhidin yaşadığı evə gediş-gəliş yolunun qəzalı və yüksək enişli, istifadəyə yararsız və təhlükəli olduğu məlum olub.
Bələdiyyə iclasının qərarı ilə əraziyə ağır texnika cəlb edilib və yeni yol çəkilib. Ərazidə torpaq bərkitməsi və hamarlanması işləri görülüb.