Birinci Qarabağ müharibəsində itkin düşən Elşən İsaməddin oğlu Ərzumanovun qalıqları Qubaya gətirilir.
Shimal.News-un əldə etdiyi məlumata görə, qarşılama mərasimi Quba şəhərinin girişində (Gənclər Parkının yanında), saat 12:30-da baş tutacaq.
Qarşılanma mərasimindən sonra şəhidin nəşi indi adını daşıyan (əvvəllər Dağıstan küçəsi) ata evinə aparılacaq. Daha sonra Quba Şəhidlər Xiyabanında dəfn baş tutacaq.