Bu gün Vətən müharibəsi şəhidi Əsgər Əhmədovun mövlud günüdür.
Əsgər Əhmədov Quba rayonunun Bərqov kəndində 1990-cı il noyabrın 9-da anadan olub.
Vətən müharibəsi başlayan zaman, əsasən, Kəlbəcərin və Cəbrayılın azadlığı uğrunda döyüşüb. Əsgər Əhmədov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhidlik zivəsinə ucalıb.
Baş çavuş ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.