Qubalı məktəbli Ramiz Rövşən şeirlərinin bədii qiraəti üzrə təşkil edilmiş ˝Ramiz Rövşən mükafatı˝nın qalibi olub. Bu haqda 30 mart tarixində Shimal.news xəbər verir.
Sadiq Mahmudov 9-11-ci sinif şagirdləri üzrə nominasiyada qaliblər arasındadır. O, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinfində təhsil alır.
Müsabiqə ˝TEAS Press˝ Nəşriyyat evi və ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi tərəfindən həyata keçirilib.