Qubada anadan olan Əmirağa Mustafayev hal-hazırda mərkəzi xəstəxanada dermatoloq kimi fəaliyyətini davam etdirir. Bu barədə ShimalNews 8 fevral tarixində RMX-yə istinadən məlumat verir.
71 yaşlı Əmirağa həkim 2 №li tam orta məktəbdə təhsil alıb, 1969-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. O, universiteti fərqlənmə diplomu ilə bitirib və internatura keçib.
Quba rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsində həkim kimi fəaliyyətə başlayan Ə.Mustafayev 1980-1983-cü illərdə baş həkim kimi çalışıb. Bu günə kimi o, çox sayda fəxri fərmanlarla təltif olunub.