Quba gənclərinin marağına səbəb olan hip-hop festivalı əyləncə dolu anlarla keçib. Burada gənclər hazırladıqları kompozisiyaları ifa ediblər. Bu barədə ShimalNews 13 sentyabr tarixində Quba GİKM-ə istinadən məlumat verir.
Tədbir Quba rayonu üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi, "ASAN xidmət" mərkəzi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
[caption id="attachment_24177" align="alignnone" width="300"]
Foto Quba GİKM[/caption]