Qubalı tələbələr üçün televiziya kanalında təcrübə proqramı təşkil edilir. Bu haqda ShimalNews 16 dekabr tarixində Qafqaz TV-yə istinadən məlumat verir.
3 aylıq təcrübə proqramı Sosial-İqtisad kollecində keçiriləcək. Televiziyanın direktoru Eltən Qədimbəyli və TV-nin əməkdaşları tələbələri məlumatlandırmaq üçün görüşə gəliblər. Qədimbəyli çıxışında bildirib ki, təcrübə müddətini uğurla bitirənlərin sertifikat əldə etməklə yanaşı, həm də Qafqaz TV-də daimi işlə təmin edilmək şansları var.
Eltən Qədimbəyli və onun komandası gəncləri maraqlandıran sualları cavablandırıblar. Sonda televiziyanın əməkdaşları tələbələrlə birlikdə xatirə şəkli çəkdiriblər.