Qubada gənclər pulsuz gitara kurslarından faydalana bilərlər. Bu barədə ShimalNews 24 sentyabr tarixində məlumat verir.
Məlumata görə, 1 ay ərzində ödənişsiz dərslər təşkil olunacaq. Kampaniya yalnız bu gün qeydiyyata düşənlər üçün keçərlidir.
Dərslər Heydər Əliyev Mərkəzində və Quba Mədəniyyət evində aparılacaq. Məşgələlərə qatılmaq istəyənlər adıçəkilən müəssisələrə müraciət edə bilərlər.