Qubalı Ülvi Məmmədov IDEA İctimai Birliyində Layihələr üzrə menecer təyin edilib.
Shimal.News xəbər verir ki, o bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.
“Əziz dostlarım, çox sevinirəm ki, IDEA İctimai Birliyindəki yeni təyinatımı sizinlə paylaşıram! Azərbaycanın təbiətinin qorunması, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli layihələrin həyata keçirilməsində, təbiətimizə qarşı etinasız davranışların qarşısının alınmasında və monitorinqində yaxından iştirak edəcəyəm. Gələcəyə ümidlə baxıram və bu yolda ətraf mühitə töhfə vermək üçün həyəcanlanıram. Göstərilən yüksək etimad üçün minnətdarlığımı bildirirəm”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.