Bu gün İsveçrənin Bazel şəhərində “Eurovision 2025” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayır.
Shimal.News məlumat verir ki, müsabiqə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycanı “10” nömrə altında təmsil edən “Mamagama” qrupu “Run With U” adlı mahnını ifa edəcək.
“Mamagama” qrupu 3 nəfərdən ibarətdir: Asəf (Frontmen və əsas vokalçı), Hass (Gitara ifaçısı) və Arif (Zərb alətləri). Torpaq sevdası ilə yaşayan Asəf Bakıda doğulub, boya-başa çatmasına baxmayaraq, özünü əslən Quba şəhərindən hesab edir. Bunu o, sosial media hesabında “Qubanın ağ alması” mahnısını ifa etdiyi videonu paylaşaraq yazıb və xüsusən vurğulayıb.