Bu gün dünyanın müxtəlif ölkələrində və Azərbaycanda yaşayan qubalı gənclər görüş keçiriblər.
ShimalNews sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir ki, tədbir Qubada baş tutub. Onun məqsədi gənclər arasında ünsiyyəti artırmaq, əlaqələri sıxlaşdırmaq, möhkəmləndirmək, həmrəy olmaqdır.
Təşkilatçılıqda Ülvi Məmmədov-Camalsoyun və digər həmyerlilərimizin əməyi keçib.