Quba rayonu Küçeyi kəndindən olan gənc faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda ShimalNews 16 iyul tarixində məlumat verir.
Telman Nizamov avtomobil qəzasına düşərək vəfat edib. O, Bakı Mühəndislik Universitetinin 2022-ci il bakalavr, Azərbaycan Texniki Universitetinin 2024-cü il magistr məzunudur. İyulun 20-də isə hərbi xidmətə gedəcəkdi.