Qubadan olan, Dr. Pərvin Mirzəliyev daha bir uğurlu əməliyyat keçirib.
Shimal.News-un əldə etdiyi məlumata görə, 32 saat fasiləsiz davam edən və yüksək riskli "Gigant beyin arteriovenoz malformasiya" əməliyyatı uğurla başa çatıb.
Bundan sonra həkim yorğunluqdan yerə yıxılıb və bu anı sosial şəbəkədə “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!”, – deyə emosional paylaşım edib.
Pasiyent ayılandan sonra Dr. Pərvinin onunla həmsöhbət olduğu videonu oxuculara təqdim edirik: