Qubadan olan məktəblilər şəhid və qazi övladları üçün təşkil olunan yay düşərgəsinə qatılıblar. Bu barədə ShimalNews 1 iyul tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Düşərgə Bakının Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunub.
Burada asudə vaxtın səmərəli təşkili, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, maraqlı və əyləncəli, intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, idman oyunları və.s məşğələlər planlaşdırılıb.
[video width="848" height="480" mp4="https://shimal.news/storage/photos/2023/07/357709404_1676835516103662_8006901927460798170_n.mp4"][/video]