top
Aztelekomun ağacdələn və sincab macərası – Qubada internet düzəlmir
19 sentyabr 2026, 01:03
- ↺ +

"Aztelekom"un ağacdələn və sincab macərası – Qubada internet düzəlmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada internet problemi ilə bağlı sakinlərin şikayəti bu dəfə bir qədər fərqli "izahlarla" müşayiət olunub. Sakin iddia edir ki, internet xəttində yaranan nasazlığın səbəbi əvvəlcə ağacdələn, daha sonra isə sincab kimi göstərilib.

Sakin bildirib ki, həftəsonları Qubaya gəlir və internetdən istifadə etmək istəyərkən dəfələrlə eyni problemlə qarşılaşır. Onun sözlərinə görə, 170 qaynar xəttinə üç dəfədən çox müraciət edilib.

Sakin deyir ki, əməkdaşlar hər dəfə əraziyə gəlib nasazlığı aradan qaldırsalar da, internet qısa müddət sonra yenidən kəsilib.

Onun sözlərinə görə, ilk baxış zamanı kabellərin naməlum canlı tərəfindən zədələndiyi bildirilib:

"Bəlkə də ağacdələndir, nə bilək", – deyə sakin əməkdaşların ona bildirdiyini söyləyib.

Daha sonra isə başqa ehtimal irəli sürülüb:

"Buralarda iti dişli sincablar olur. Kabellərdə polad var deyə, dişlərini onunla itiləyirlər".

Sakin məsələyə yumorla yanaşaraq bildirir ki, artıq internet problemini həll etməkdən çox, Quba meşələrində hansı heyvanın kabel "yeməsi" ilə maraqlanmağa başlayıb.

Sonuncu müraciət zamanı isə Quba şöbəsinin əməkdaşının modemə gedən kabeli dəyişdirdiyi bildirilir. Bundan sonra internetin bərpa olunduğu deyilsə də, sakin bunun da uzun çəkmədiyini və xəttin yenidən kəsildiyini söyləyir.

Hazırda 170 qaynar xəttindən sakinlərə növbəti dəfə əməkdaş göndəriləcəyi bildirilib.

Sakin isə vəziyyəti belə ifadə edir:

"Biz sizdən internet istəyirik, meşə təsərrüfatı hesabatı yox. Ağacdələnin səsini tanıyırıq, sincabın diş quruluşunu müzakirə edirik".


Mənbə: Konkret.az

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər