Sentyabrın 22-də respublika üzrə pensiyaların ödənişinin tam yekunlaşdırılması nəzərdə tutulub.
Shimal.News xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyalarını ödəyəcək.
Bununla da sentyabr ayı üzrə pensiya ödənişlərinin ölkə üzrə tam başa çatdırılması planlaşdırılır.